Libertadores Kubokunun qalibi bəlli olub. Matç.az saytının məlumatına görə, Madriddə keçirilən final qarşılaşmasının cavab matçında "River Pleyt"lə "Boka Xuniors" üz-üzə gəlib.

Əzəli rəqiblərin dueli Argentinada baş tutmalı olsa da, tərəfdarları yol açdığı olaylar və insidentlər səbəbindən neytral meydana təyin olunmuşdu.

İlk görüşü 2:2 hesabı ilə başa çatan qarşılaşmanın ikinci matçının da əsas vaxtında qalib müəyyənləşməyib – 1:1.

Amma əlavə olunmuş dəqiqələrdə "River Pleyt" daha iki qol vuraraq 3:1 hesabı ilə qalib gəlib və kuboka sahib olub.

 

Libertadores Kuboku

Final (cavab matçı)

"River Pleyt" (Argentina) – "Boka Xuniors" (Argentina) – 3:1 (əlavə vaxtda)

Qollar: Pratto, 68, Kintero, 109, Martinez, 120+2 – Benedetto, 44

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest