Sonuncu dəfə ötən ayın 11-də "Vulverhempton"la oyunda meydana çıxan Almaniya millisinin üzvü ondan sonra "Bornmut", "Vorskla", "Tottenhem", "Mançester Yunayted" və "Haddersfild"lə görüşləri buraxmalı olmuşdu. Türkiyə əsilli orta sahə oyunçusu dünəndən kollektivlə birlikdə məşqlərə qoşulub.
Avropa Liqasının qrup mərhələsi çərçivəsində son oyununu "Qarabağ"a qarşı keçirəcək "Arsenal" qarşılaşmanın hazırlıqlarına start verib. Matç.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, "topçular"ın yarımmüdafiəçisi Məsut özil də artıq zədəsini sağaldıb.
Sonuncu dəfə ötən ayın 11-də "Vulverhempton"la oyunda meydana çıxan Almaniya millisinin üzvü ondan sonra "Bornmut", "Vorskla", "Tottenhem", "Mançester Yunayted" və "Haddersfild"lə görüşləri buraxmalı olmuşdu. Türkiyə əsilli orta sahə oyunçusu dünəndən kollektivlə birlikdə məşqlərə qoşulub. Baş məşqçi Unay Emeri həm "Qarabağ", həm də həftəsonu "Sauthempton"la keçiriləcək görüşdə onun xidmətindən yararlanmağı planlaşdırır. Ancaq bu, fiziki hazırlıq üzrə məşqçinin qərarından asılı olacaq.
Qeyd edək ki, "Arsenal" - "Qarabağ" oyunu dekabrın 13-də "Emireyts" stadionunda keçiriləcək.