Klublararası dünya çempionatının iştirakçılarının tam siyahısı dəqiqləşib. Matç.az saytı xəbər verir ki, Libertadores kubokunu qazanan Argentinanın "River Pleyt" klubu mundialın sonuncu iştirakçısı olub.
Bunadək Avropadan "Real" (İspaniya), Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsindən "Qvadalaxara" (Meksika), Afrikadan "Esperansa" (Tunis), Asiyadan "Kaşima" (Yaponiya), Okeaniyadan "Vellinqton" (Yeni Zelandiya) dünya çempionatına vəsiqə qazanmışdı. Meydan sahibi BƏƏ-ni isə "Əl-Əyn" təmsil edəcək.
Artıq dekabrın 12-də start götürəcək yarışın tam təqvimi də dəqiqləşib. Sayca 15-ci mundialda 11 gün ərzində 8 matç keçiriləcək.
Klublararası dünya çempionatı
Pley-off, 12 dekabr
1. "Əl-Əyn" (BƏƏ) – "Vellinqton" (Yeni Zelandiya)
1/4 final, 15 dekabr
2. "Esperansa" (Tunis) – 1-ci oyunun qalibi
3. "Kaşima" (Yaponiya) – "Qvadalaxara" (Meksika)
5-ci yer uğrunda oyun, 18 dekabr
4. 2-ci oyunda uduzan – 3-cü oyunda uduzan
Yarımfinal, 18 dekabr
5. "River Pleyt" (Argentina) – 2-ci oyunun qalibi
19 dekabr
6. "Real" (İspaniya) – 3-cü oyunun qalibi
3-cü yer uğrunda oyun, 22 dekabr
7. 5-ci oyunda uduzan – 6-cı oyunda uduzan
Final, 22 dekabr
8. 5-ci oyunun qalibi – 6-cı oyunun qalibi