10 Dekabr 2018, 11:30
AVROPA LİQASI
"Qarabağ"la oyunda özümü ən yaxşı tərəfdən göstərməyə çalışacam". Matç.az saytının məlumatına görə, bunu "Arsenal"ın yarımmüdafiəçisi Aleks İvobi deyib.
London klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində son görüşünü dekabrın 13-də Azərbaycan çempionuna qarşı keçirəcək.
Bu mövsüm daha çox ehtiyatdan meydana daxil olan İvobi qarşıdakı oyunda start heyətində yer alacağına inanır. Nigeriya millisinin üzvü "Emireyts"dəki görüşdə yaxşı çıxışı edəcəyinə əmindi: "Premyer Liqada "Haddersfild"lə oyunun ikinci hissəsində meydanda oldum. Baş məşqçimiz məndən razı qaldığını söylədi. Hər kəsi yaxşı mənada təəccübləndirmək üçün "Qarabağ"la matçda da şans əldə etmək istəyirəm".