Avropa Liqasının qrup mərhələsinin son təyinatları açıqlanıb. Matç.az saytı xəbər verir ki, E qrupunda mübarizə aparan Azərbaycan çempionu "Qarabağ"ın VI turdakı görüşünün hakimləri də bəlli olub.
İngiltərə "Arsenal"ı ilə Londonda keçiriləcək səfər qarşılaşması danimarkalı hakimlərə həvalə olunub. Dekabrın 13-dəki matçı Yens Qrabski Maae idarə edəcək.
36 yaşlı hakim 2014-cü ildən FİFA dərəcəsinə malikdi. Onun koməkçiləri Lars Hummelqaard və Heyne Sorensen olacaq. Dördüncü hakim funksiyasını Yesper Dal yerinə yetirəcək.
Əlavə köməkçi hakimləri kimi Yorgen Dauqbyerq Burhardtla Morten Kroq iş başında olacaq. Ədalət təmsilçilərinin işinə Stavros Tritsonis (Yunanıstan) qiymət verəcək. UEFA nümayəndəsi vəzifəsini isə Stirbyorn Oskarsson (Finlandiya) yerinə yetirəcək.
Qeyd edək ki, "Arsenal" stadionundakı matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.