PSJ-nin hücumçusu Neymar İngiltərəyə köçə bilər. Matç.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, Braziliya millisinin üzvü "Mançester Yunayted"in diqqət mərkəzindədi.

Premyer Liqada oynamaq arzusunu gizlətməyən "sambaçı"nı "qırmızı şeytanlar" mövsümün sonuna heyətə cəlb etmək niyyətindədilər. 26 yaşlı oyunçunun transfer qiyməti 200 milyon avro qiymətində dəyərləndirilir. İngiltərə təmsilçisi son illərdəki uğursuzluğu Neymarın keçidi ilə unutdurmaq fikrindədi. Onun PSJ ilə müqavilə müddəti 2022-ci ilə qədərdi.

Qeyd edək ki, "Barselona"ya qayıdacağı ilə bağlı söz-söhbətlər də yayılan Neymar bu mövsüm 18 oyunda 15 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest