"Vilyarreal"ın yeni baş məşqçisi müəyyənləşib. Matç.az saytı xəbər verir ki, Luis Qarsiya Plasa bu posta gətirilib.

Bu gün istefaya göndərilən Xavyer Kalyexanın yerinə keçən 46 yaşlı mütəxəssis La Liqa təmsilçisi ilə mövsümün sonuna qədər müqavilə bağlayıb. O, 2005-06 mövsümündə "Vilyarreal"ın ikinci komandasına rəhbərlik edib.

Qeyd edək ki, "Vilyarreal" 15 turdan sonra La Liqada 17-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest