10 Dekabr 2018, 23:49
FUTBOL
"Yuventus" və "çelsi"nin sabiq baş məşqçisi Antonio Konte yenidən ölkəsi İtaliyada çalışa bilər. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, təcrübəli mütəxəssis "Roma"nın diqqət mərkəzindədi.
çalışdırıcı özü də ölkəsində çalışmaqda maraqlıdı. "Roma" rəhbərliyi isə hazırkı baş məşqçi Eusebio di Françesko ilə yollarını ayırmağı planlaşdırır. Məlumata görə, klubun idman direktoru Françesko Totti artıq Konte ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Antonio Konte son klubu "çelsi"dən ötən mövsümün sonunda istefaya göndərilib.