İki gündən sonra Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq. Matç.az saytı xəbər verir ki, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan klubu "Qarabağ" turnirdəki son qarşlaşmasını səfərdə keçirəcək.

Qurban Qurbanovun yetirmələri Londonda "Arsenal"ın qonağı olacaq. İngiltərədə baş tutacaq matç Azərbaycan klublarının avrokuboklar tarixində 8-ci qrup finişi olacaq.

Söhbət qrup mərhələsinin son turundan gedir. İndiyədək 8 dəfə qrupa düşən təmsilçilərimiz həmişə son görüşü dekabrda keçirib.

İlin son ayında baş tutan əvvəlki 7 finiş uğurlu alınmayıb. Bu oyunların üçü evdə, dördü səfərdə keçirilib. Yalnız 2 heç-heçə edən təmsilçilərimiz 5 dəfə uduzub. Hər iki sülh İtaliya "İnter"i ilə matçlarda qeydə alınıb. "Neftçi" səfərdə 2:2, "Qarabağ" evdə 0:0-a imza atıb.

Ağdam klubunun digər üç dekabr matçı məğlubiyyətlə nəticələnib. "Qəbələ" də hər iki cəhddə uduzub.

Qrupda finiş: Klublarımızın dekabr oyunları

06 dekabr 2012. "İnter" (İtaliya) – "Neftçi" - 2:2

11 dekabr 2014. "Qarabağ" – "İnter" (İtaliya) - 0:0

10 dekabr 2015. "Qəbələ" – "Krasnodar" (Rusiya) – 0:3

10 dekabr 2015. "Anderlext" (Belçika) – "Qarabağ" – 2:1

8 dekabr 2016. "Qarabağ" – "Fiorentina" (İtaliya) – 1:2

8 dekabr 2016. "Maynts" (Almaniya) – "Qəbələ" – 2:0

5 dekabr 2017. "Roma" (İtaliya) – "Qarabağ" – 1:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest