Bu gün Ukraynanın paytaxtı Kiyevdə "Danışılmış oyunlara qarşı" mövzusunda forumuna start verilib. Matç.az xəbər verir ki, FİFA və UEFA-nın dəstəyi, Ukrayna Futbol Federasiyasının Etika və Feyr-Pley Komitəsinin təşkilatçılığı ilə keçirilir.

İki gün davam edəcək forumun keçirilməsində məqsəd qonşu ölkələrin nümayəndələri ilə "Feyr Pley" məsələləri və aidiyyatı təhqiqatların aparılması mövzusunda təcrübə mübadiləsi aparmaqdır. FİFA, UEFA, Ukrayna, Slovakiya, Latviya, Polşa, çexiya, Gürcüstan və Litva futbol federasiyalarının nümayəndələrinin iştirak etdiyi forumda AFFA-nı UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli təmsil edir. Forum zamanı FİFA və UEFA-nın, eləcə də federasiyaların əməkdaşları arasında ikitərəfli görüşlər keçirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest