"Mançester Siti" itki ilə üzləşib. Matç.az saytının məlumatına görə, ispan futbolçu David Silva sıradan çıxıb.

Yerli mətbuat iddia edir ki, 32 yaşlı yarımmüdafiəçi təxminən 3 həftə oynaya bilməyəcək. Belə ki, Silva əzələsindən xəsarət alıb. Bu isə o deməkdir ki, təcrübəli futolçu üçün il artıq başa çatıb.

Qeyd edək ki, ispan oyunçu bu mövsüm Premyer Liqada 14 oyunda iştirak edib və 5 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest