Məşhur futbolçu Yaya Ture "Olimpiakos"dan qovulub. Matç.az saytının məlumatına görə, bu barədə Pirey təmsilçisi xəbər yayıb.

Bildirilib ki, oyunçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Amma açıqlamada ayrılığın səbəbi haqqında məlumat verilməyib.

Qeyd edək ki, mövsümün əvvəlində "Mançester Siti" ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi "Olimpiakos"a keçən Turenin Yunanıstan karyerası cəmi 3 ay çəkib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest