"Qarabağ" UEFA Avropa Liqasının son turunda "Arsenal"la qarşılaşacaq. Matç.az saytının məlumatına görə, ağdamlılar bu gün Londona yollanıb.

Komanda saat 19:00 radələrində Heydər Əliyev adına Beynəlxaq hava Limanından çarter reysi ilə yola düşüb.

Qurban Qurbanovun komandası sabah qarşılaşmanın oynanılacağı arenada son məşqinə çıxacaq.

Qeyd edək ki, "Arsenal" – "Qarabağ" qarşılaşması dekabrın 13-dən 14-ə keçən gecə, Bakı vaxtı ilə saat 00:05-da start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest