Avropa Liqasının qrup mərhələsinin VI turu ərəfəsində turnirdə çıxış edən futbolçuların fərdi reytinqi açıqlanıb. Matç.az saytı xəbər verir ki, ən yaxşı Azərbaycan futbolçusu Riçard Almeydadı.
ümumi siyahıda 539-cu yerə yüksələn "Astana"dakı təmsilçimiz 966 xala malikdi.
O, "Qarabağ"ın üzvü Qara Qarayevi 19 pillə və 34 xal qabaqlayır. ölkəmizin 3-cü oyunçusu isə dəyişib. 659 xalla ümumi siyahıda 641-ci yerə yüksələn Mahir Mədətov Maksim Medvedevi arxada qoyub.
Lakin Qara və Mədətov turnirdəki yeganə Azərbaycan təmsilçisi "Qarabağ"ın ən yaxşı 3 futbolçusu siyahısından kənardadı. Abdullah Zubir 2101, Simeon Slavçev 1102, Miçel 998 xala malikdi.
Cədvələ isə Almaniya "Ayntraxt"ının oyunçusu Sebastyan Haller başçılıq edir. Onun hesabında 6250 xal var. Onun komanda yoldaşı Luka Yoviç 5767 xalla 2-cidi. 5760 xala malik Munas Dabbur ("Zalsburq", Avstriya) üçüncüdü.
Qeyd edək ki, "Qarabağ"ın çıxış etdiyi E qrupunun ən yaxşısı "Sportinq"li Bruno Fernandeş 3561 xala malikdi.