Sabah Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq. Matç.az saytı xəbər verir ki, Azərbaycanın avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi "Qarabağ" da VI turun oyununu keçirəcək.
Qurban Qurbanovun yetirmələri İngiltərədə "Arsenal"la qarşılaşacaq. London klubunun arenasındakı görüş hər iki komanda üçün formal xarakter daşıyır.
Xüsusilə də meydan sahibləri üçün matçın heç bir əhəmiyyəti yoxdu. "Topçular" nəinki 1/16 finala vəsiqəni, hətta qrupda 1-ci yeri də təmin edib.
Növbəti mərhələ şansları bitən "Qarabağ" üçün görüş əhəmiyyətsizdi. Düzdü, oyunun nəticəsi 3-cü yerin taleyi baxımından həlledici ola bilər. Lakin qrupda qalacaq komandalardan hansının 3-cü, hansının sonuncu olmaması ciddi önəm kəsb etmir. Bu üzdən də Ukrayna "Vorskla"sı ilə qiyabi duel finişdə böyük maraq kəsb etmir. Bu matçla təkcə "Qarabağ" deyil, Azərbaycan üçün də avrokubok mövsümü başa çatacaq. Bu üzdən reytinqə istənilən xal əlavəsi də sevindirici olacaq.
Elə Ağdam klubu çətin səfərdə möcüzəyə imza atıb xal hesabını artırmağa çalışacaq. Oyunun rəqib üçün əhəmiyyətsiz olması təmsilçimiz üçün mümkünsüzü nisbətən asanlaşdırır.
Əgər Azərbaycan çempionu "Dumanlı Albion"da uduzmasa, ilkə imza atacaq. Belə ki, klublarımız indiyədək futbolun yaradıcılarından xal almayıb.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Avropa Liqası
Qrup mərhələsi, VI tur
13 dekabr, E qrupu
00:00. "Arsenal" (İngiltərə) – "Qarabağ" (Azərbaycan)
Baş hakim: Yens Qrabski Maae
Baş hakimin köməkçiləri: Lars Hummelqaard, Heyne Sorensen
Dördüncü hakim: Yesper Dal
Əlavə köməkçi hakimlər: Yorqen Dauqbyerq Burhardt, Morten Kroq (hamısı Danimarka)
Hakim-inspektor: Stavros Tritsonis (Yunanıstan)
UEFA nümayəndəsi: Stirbyorn Oskarsson (Finlandiya)
London. "Arsenal" stadionu
1 |
Arsenal |
5 |
4 |
1 |
0 |
11-2 |
13 |
2 |
Sportinq |
5 |
3 |
1 |
1 |
10-3 |
10 |
3 |
Vorskla |
5 |
1 |
0 |
4 |
4-10 |
3 |
4 |
Qarabağ |
5 |
1 |
0 |
4 |
2-12 |
3 |