"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin son turunda "Arsenal"ın qonağı olacaq. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan çempionu bu gün görüşün hazırlıqlarını tamamlayacaq.

Yerli vaxtla saat 19:00-da (Bakı vaxtıyla 23:00) ağdamlıalr qarşılaşmanın keçiriləcəyi "Arsenal Stadionu"nda son məşqə çıxacaq.

Baş məşqçi Qurban Qurbanov isə son məşqdən 30 dəqiqə öncə media mənsublarının suallarını cavablandıracaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest