"Qarabağ" avrokubok mövsümündə son oyununda İngiltərə "Arsenal"ı ilə qarşılaşacaq. Matç.az xəbər verir ki, Londonda keçiriləcək görüş Azərbaycan klublarının futbolun yaradıcılarına qarşı 6-ci dueli olacaq.
Avropa Liqasının qrup mərhələsinin VI turunun oyununadək iki ölkə təmsilçiləri 5 dəfə qarşılaşıb. Bütün görüşlərdə Azərbaycanı "Qarabağ" təmsil edib. Ağdam klubunun rəqibləri isə paytaxt Londonun komandaları olub.
İlk duellər 2015/16 mövsümünə təsadüf edib. "Qarabağ" Avropa Liqasının qrupunda "Tottenhem"ə hər iki oyunda uduzsa da, layiqli mübarizəsi ilə diqqət çəkib.
Lakin sonrakı üç matçda London klubları böyük hesabla səviyyə fərqini nümayiş etdirib. ötən mövsüm "çelsi" çempionlar Liqasının qrupunda iki matçın cəmində 10 cavabsız qol vurub.
Cari mövsümdə isə "Arsenal"la Bakıdakı qarşılaşmada qonaqlar 3 qola sevinib. 5 oyunda xal ala bilmədiyimiz ingiltərəlilər top fərqində də böyük üstünlüyə malikdi. Futbolun yaradıcıları 17, təmsilçimiz isə cəmi 1 dəfə fərqlənib. Həmin qol da milliləşən braziliyalı Riçard Almeydanın hesabındadı.
Azərbaycan klubları İngiltərə təmsilçilərinə qarşı
2015/16 mövsümü, Avropa Liqası
17.09.2015. Tottemhem (İngiltərə) - Qarabağ - 3:1
26.11.2015. Qarabağ - Tottemhem (İngiltərə) - 0:1
2017/18 mövsümü, çempionlar Liqası
12.09.2017. çelsi (İngiltərə) - Qarabağ - 6:0
22.11.2017. Qarabağ - çelsi (İngiltərə) - 0:4
2018/19 mövsümü, Avropa Liqası
04.10.2018. Qarabağ - Arsenal (İngiltərə) - 0:3