"Arsenal" Avropa Liqasının qrup mərhələsinin son turunda sabah "Qarabağ"ı qəbul edəcək. Matç.az saytı xəbər verir ki, "topçular"ın baş məşqçisi Unay Emeri oyunöncəsi keçirilən mətbuat konfransında komandasının hazırkı durumundan danışıb.

- Sabahkı oyunda heyətdə rotasiya edəcəksiniz?

- Qrupda məqsədimiz birinci yeri tutmaq idi və bunu bacardıq. Bununla belə, sabahkı oyuna da ciddi yanaşırıq və "Qarabağ"a hörmət edirik. Ancaq hədəfimiz yenə qələbə olacaq. İstəyirəm ki, sabah meydana buraxacağım futbolçular oyun tempini yüksək tutsunlar, özlərinə inamları olsun. Qarşıdakı 10 gündə 4 oyun keçirəcəyik. Hər biri də çox vacibdi. Sabah bir qədər fərqli heyətlə çıxış edəcəyik. U-23 komandasından gələn futbolçular və Loren Koselni ilə ilə oyuna başlamağı planlaşdırırıq.

- Koselni həftəsonu Premyer Liqada "Sauthempton"la matçda da oynayacaq?

- Mərkəz müdafiəçilərimizin bəziləri komanda ilə birgə deyillər. Mavropanos və Rob Holdinq zədəlidilər. Həmçinin sarı vərəqə cəzalılarımız da var. "Qarabağ"la oyun Koselninin ağır zədədən qayıtdıqdan sonra ilk rəsmi görüşü olacaq. Onun hazırlıq durumu məhz sabahkı qarşılaşmadan sonra bəlli olacaq. Həmçinin onun 90 dəqiqə oynamağa hazır olub-olmadığına da baxmaq istəyirik. Müdafiənin mərkəzində başqa futbolçulara da şans verə bilərik. Məsələn, Naço Monreal karyerası ərzində həmin mövqedə də oynayıb. Hər şeydən əvvəl "Qarabağ"la matçı düşünürük. çünki Koselninin özünü necə hiss etməsi baxımından bu oyun çox vacibdi.

- Bəs Məsut özil?

- Hələ bilmirəm. özil "Qarabağ"la görüşün "18-liy"ində yer alacaq. Ancaq meydana çıxıb-çıxmayacağına, həmçinin neçə dəqiqə şans verəcəyimizə sabah qərar verəcəyik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest