Əslən azərbaycanlı atleti Ramil Quliyev Ermənistanın Gəncə şəhərinə raket zərbələri nəticəsində törətdiyi terror hadisəsinə reaksiya verib.
 
Matc.az xəbər verir ki, 30 yaşlı idmançı  instaqram hesabından  üzərində "Pray for Ganja city" ("Gəncə şəhəri üçün dua edin") sözləri yazılmış foto paylaşıb.
 
Qeyd edək ki, Türkiyə millisinin üzvü olan Quliyev 200 metr məsafəyə qaçış üzrə Avropa və dünya çempionudur. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest