13 Oktyabr 2020, 10:58
FUTBOL
"Arsenal" klubunun sabiq baş məşqçisi Arsen Venger UEFA Millətlər Liqasının keçirilməsinə qarşıdır. Matc.az "Bild" nəşrinə istinadən xəbər verir ki, fransalı mütəxəssis turnirin ləğvinin tərəfdarı olduğunu söyləyib.
O bildirib ki, Millətlər Liqasının nə olduğu çox az adam bilir. Venger bu yarışın lazım olmadığını və futbol turnirlərinin sayının azaldılmasından yana olduğunu vurğulayıb.
Qeyd edək ki, UEFA Millətlər Liqası 2018-ci ildən keçirilir.