"Arsenal"ı xüsusi təqdim etməyə ehtiyac yoxdu". Matç.az saytının məlumatına görə, bunu "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev deyib.

Hazırda Londonda olan Azərbaycan çempionu sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində son oyununu "Arsenal"a qarşı keçirəcək.

Görüşdən öncə təşkil edilən mətbuat konfransında Medvedev fikirlərini bölüşüb: "Sabahkı oyun nəticə baxımından ola bilər ki, o qədər də əhəmiyyət daşımır. Buna baxmayaraq, meydana çıxıb əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Bizi çətin və maraqlı 90 dəqiqə gözləyir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest