13 Oktyabr 2020, 15:25
FUTBOL
"Real"ın müdafiəçisi Serxio Ramos komandanı tərk edə bilər. Matc.az xəbər verir ki, müqaviləsi yayda başa çatacaq oyunçuya ciddi təkliflər var.
Məlumata görə, "Yuventus" və PSJ klubları təcrübəli müdafiəçiyə namizəddir. Hər iki komanda yanvarda Ramosa sözləşmə təklif etməyə hazırlaşır. "Real" rəhbərliyi isə heyətdəki yüksək məbləğdə maaş alan futbolçulardan qurtulmağı hədəfləyir.
Xatrıladaq ki, Ramos komandada Eden Azardan sonra ən çox maaş alan oyunçudur. Onun illik qazancı 11,7 milyon avrodur.