15 Oktyabr 2020, 11:06
FUTBOL
İsrailin "Makkabi" klubu üçüncü dəfə koronavirus testindən keçib. Matc.az xəbər verir ki, komanda üzvlərinin test nəticələri mənfi cavab verib.
Məlumata görə, rəhbərlik millidə çıxış edən futbolçuların düşərgəyə qayıdanda bir daha yoxlanacağını bildirib. Daha öncə heyətin bir neçə üzvünün infeksiyaya yoluxduğu açıqlanmışdı. Bu səbəbdən də komanda xüsusi həkim nəzarətində çalışmalara davam edir.
Qeyd edək ki, "Makkabi" UEFA Avropa Liqasının I qrupunda "Qarabağ"ın rəqiblərindən biridir.