"Barcelona" fransalı futbolçu Pol Poqbanın transferində israrlıdır.  Matc.az "Daily Mirror"a istinadən xəbər verir ki, Kataloniya klubu gələn il oyunçunu heyətinə qatacaq.

Məlumata görə, La Liqa təmsilçisi Poqba üçün təzminat ödəmək istəmir. Koronavirus pandemiyasının yaratdığı maliyyə böhranından təsirlənən klub yüksək maliyyətli transferlərdən vaz keçib. Bu səbəbdən də rəhbərlik yarımmüdafiəçinin "Mançester Yunayted"lə müqaviləsinin bitməsini gözləyir.

Qeyd edək ki, təcrübəli futbolçunun "qırmızı şeytanlar"la sözləşməsi 2021-ci ildə başa çatacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest