Peru millisinin müdafiəçisi Karlos Sambrano Dünya Kuboku 2022 seçmə mərhələsi çərçivəsində Braziliya ilə keçirilən (2:4) oyundan danışıb. Matc.az xəbər verir ki, o, rəqib komandanın hücumçusu Neymara sərt sözlər ünvanlayıb:
"Möhtəşəm bir oyunçu, dünyanın ən yaxşılarından biri ola bilər. Ancaq Neymar mənim üçün əsl kloundur. Meydanda etdiyi hər şeyi bilərək edir. Əla oyunçudur, amma ən kiçik bir qayda pozuntusunu gözləyir. 4-5 dəfə cərimə meydançasına yıxıldı və penalti veriləcəyinə baxdı. Sonda hədəfinə iki dəfə çatdı, halbuki heç birində penalti yox idi. Hakimlər hər fürsətdə VAR-a müraciət edirdilər. Qayda pozuntusu olub-olmamaları onlar üçün də önəmli deyildi, komandanın adınımn Barziliya olması bəs edirdi".
Qeyd edək ki, Argentina ilə eyni qrupda yer alan Braziliyanın 6, sonuncu Perunun isə 1 xalı var.