"Bu gün futbolçularımdan razı qaldım, onlara təşəkkür edirəm". Matç.az saytının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Avropa Liqasının qrup mərhələsinin son turunda "Arsenal"ın qonağı olan Ağdam təmsilçisi 0:1 hesabı ilə məğlub olub.
Oyunsonrası mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: "Arsenal" qrup mərhələsinin bütün oyunlarında çox yaxşı çıxış etdi və hər kəsdən üstün oynadı. ümumilikdə, bəli, "Qarabağ" və "Sportinq" güc fərqində bir addım öndəydi, bəlkə də, bir az daha yaxşı nəticələr qazana bilərdik. Bugünkü heyəti isə "Arsenal"ın gələcəyidi və rəqibimiz daim gənc oyunçulara şans verməklə seçilib. Bu gün də onlar "Arsenal"ın gələcəyinin güclü olduğunu göstərdilər".
Oyun zamanı qondarma bayraqla meydana daxil olan azarkeş haqda verilən suala çalışdırıcı belə cavab verib: "Bu haqda çox danışmaq istəmirəm, yalnız qorxaqlar belə hərəkət edirlər. Bu hərəkəti edən adam qorxub sonra qaçmamalıydı, yalnız qorxaqlar bir addım atıb, sonra qaçırlar".