03 Noyabr 2020, 13:17
AVROPA LİQASI
Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Türkiyədə yerli "Sivasspor"la Azərbaycan çempionu "Qarabağ" arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.
Matc.az xəbər verir ki, UEFA bu qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadasına həvalə edib.
Qarşılaşmanın baş hakimi Joao Pinyeyro olacaq. Ona yan xətt hakimləri Tyaqo Joze Pereyra Kosta və Pedro Ribeyro kömək edəcək. Dördüncü hakim funksiyasını isə Yanko Yoan Vasilitsa yerinə yetirəcək.
Bolqarıstandan olan Georgi Yordanov hakim-inspektor, gürcüstanlı Nikoloz Jqarkava UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 5-də Sivasdakı "Yeni 4 Eylül" stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.