Daha sonra xüsusi ansambl tərəfindən Azərbaycan Respublikasının dövlət himni və Türkiyənin İstiqlal marşı səsləndirilib.

UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda səfərdə "Sivasspor"la qarşılaşacaq "Qarabağ" Sivas hava limanında xoş sürprizlə qarşılaşıb.
 
Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Sivas valiliyi və Sivas milli egitim müdürlüyü tərəfindən baş məşqçi Qurban Qurbanova gül dəstəsi, Türkiyə bayrağı və "Qurani-Kərim" kitabı hədiyyə olunub.
 
Daha sonra xüsusi ansambl tərəfindən Azərbaycan Respublikasının dövlət himni və Türkiyənin İstiqlal marşı səsləndirilib.
 








XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest