UEFA Avropa Liqasında qrup mərhələsinin 5-ci turundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
 
Matc.az turnirin saytına istinadən xəbər verir ki, ən yaxşı adına "Molde"dən Maqnus Volf Eikrem, "Milan"dan Yens Peter Hauqe, "Lill"dən Burak Yılmaz və "Braqa"dan Qaleno namizəd göstərilib.
 
Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest