"Qalatasaray" futbol klubunun oyunçuları ötən gün Türkiyə çempionluğunu qeyd edərkən ciddi təhlükə ilə üzləşiblər.

Matc.az xəbər verir ki, futbolçular çempionluğunu qeyd edərkən faciədən son anda yan qaça biliblər.

Belə ki, komanda üzvləri üstüaçıq avtobusla hərəkətdə olduqları zaman qarşılarına tunel çıxıb. Avtobus tunelə daxil olarkən ayaqüstə olan futbolçular maneəni son anda fərq edib və dərhal əyilərək baş verə biləcək faicədən yan keçə biliblər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest