"Seltik" Şotlandiya Premyer Liqasının 38-ci turunda evdə "Harts"ı 3:1 hesabı ilə məğlub edərək 56-cı çempionluğunu qazanıb.

Matc.az xəbər verir ki, "Seltik" bu nailiyyətə görə rekorda imza atıb. Belə ki,  bundan əvvəllər komanda Şotlandiya Premyer Liqasını 55 dəfə qazanan "Reyncers"lə birinci yeri bölüşürdü.

Qlazqo komandaları 41 ildir ki, Şotlandiya Premyer Liqasında dominantlıq edirlər. Qlazqodan kənar son ölkə çempionu 1984/85 mövsümündə "Aberdin" olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest