16 May 2026, 14:55
FUTBOL
"Liverpul" mövsümün sonunda komandadan ayrılması ehtimal olunan Alisson Bekerin yerinə qapıçı axtarışındadır. İngiltərə nəhənginin hədəfindəki əsas namizəd "Sanderlend"in qolkiperi Robin Roefsdir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Caught Offside" paylaşıb.
Bildirilir ki, "qırmızılar"ın baş məşqçisi Arne Slotun həmyerlisini komandasında görmək istəyir. "Sanderlend" 23 yaşlı niderlandlı qapıçı üçün 40 milyon avro istəyir.
Qeyd edək ki, "Sanderlend" Niderland millisinin qolkiperini mövsümün əvvəlində "NEK Niymeqen"dən 10,5 milyon avroya transfer edib.













