Zinəddin Zidan Fransa milli komandasının baş məşqçisi təyin olunmağa yaxındır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikola Şira paylaşıb.
Bildirilir ki, Zidan 2026-cı il dünya çempionatından sonra milli komandanın baş məşqçisi təyin olunması ilə bağlı Fransa Futbol Federasiyası ilə prinsipial razılığa gəlib.
Hazırda Fransa millisini Didye Deşam çalışdırır. 57 yaşlı mütəxəssisin müqaviləsi dünya çempionatının sonuna qədərdir.
Qeyd edək ki, Zidan 2021-ci ilin iyun ayından, yəni "Real"dan ayrıldığı vaxtdan bəri məşqçilik etmir. O, Madrid klubu ilə 11 titul qazanıb.
Xatırladaq ki, Fransa millisi Ukrayna, İslandiya və Azərbaycanın da yer aldığı D qrupunda birinci yeri tutaraq birbaşa DÇ-2026-ya vəsiqə qazanıb. Final mərhələsində fransızlar I qrupunda Norveç, Seneqal və İraqla mübarizə aparacaqlar.













