"Hər şey tapacağımız keyfiyyətli oyunçu sayından asılı olacaq".

"Turan Tovuz" Misli Premyer Liqasının 32-ci turunda səfərdə "Şamaxı"ya 2:3 hesabı ilə uduzub.

Matc.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Birinci hissədə pis oynadıq. Hakim barədə ümumiyyətlə danışmaq istəmirəm. İkinci hissədə daha aqressiv oynadıq və hesabı bərabərləşdirdik. Amma təəssüflər olsun ki, 3-cü qolu buraxdıq. 

- Ötən tur avrokuboklara vəsiqəni təmin etdiz. Buna görə futbolçularda arxayınlıq yox idi?
- Müəyyən mənada razılaşmaq olar. Birinci hissədəki oyuna köklənmə belə düşünməyə əsas verirdi. Amma ikinci hissəyə görə uşaqlara təşəkkür edirəm. 3-cü qolu buraxmasaydıq, qələbə qazana bilərdik.

- Müdafiəçilər epizodlara gec reaksiya verirdi. Bunun səbəbi nədir?
- İlk hissədəki oyuna görə razılaşmaq olar. Amma rəqib futbolçular da aqressiv idilər. Bəzən ikinci topların götürülməsində də gecikirdik. Fasilədən sonra çatışmazlıqları aradan qaldıra bildik.

- Hər iki komandanın aqressiv oyunu nədən qaynaqlanırdı?
- Mənə elə gəlir ki, hakimlikdən qaynaqlanırdı.

- Transferlə bağlı nə planlarınız var? 
- Axtarışlar davam. Amma hələ ki yekun nəticə yoxdur.

- Neçə oyunçu transfer etməyi düşünürsüz?
- Hər şey tapacağımız keyfiyyətli oyunçu sayından asılı olacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest