Hücumçu Robert Levandovski mövsümün sonunda "Barselona"dan ayrılacağını açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Levandovski sosial media hesabında paylaşıb.

"Çətinliklər və zəhmətlə dolu 4 ildən sonra getmək vaxtı gəldi. Missiyamı yerinə yetirdiyim hissi ilə ayrılıram. 4 mövsüm, 3 çempionluq qazandım. İlk günlərdən azarkeşlərdən aldığım sevgini heç vaxt unutmayacağam. Kataloniya mənim evimdir. Bu 4 gözəl ildə tanış olduğum hər kəsə təşəkkür edirəm. Karyeramın ən inanılmaz fəslini yaşamaq imkanı verdiyi üçün Prezident Laportaya xüsusi təşəkkür edirəm. "Barselona" yenidən olmalı olduğu yerinə qayıtdı", - deyə Levandovski paylaşımında bildirib.

Qeyd edək ki, Levandovski 2022-ci ilin yayında "Barselona"ya qoşulub. Bu müddət ərzində 37 yaşlı hücumçu bütün yarışlarda 191 oyunda meydana çıxıb, 119 qol vurub və 24 məhsuldar ötürmə edib. Kataloniya klubu ilə polşalı 3 dəfə İspaniya çempionu olub, 3 dəfə İspaniya Superkubokunu və 1 dəfə İspaniya Kubokunu qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest