16 May 2026, 12:20
FUTBOL
"Roma"nın italiyalı hücumçusu Stefan El Şaravi klubdan ayrılacağını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı futbolçu sosial media hesabında paylaşıb.
"Latsio" ilə qarşıdan gələn derbi onun doğma stadionu olan "Stadio Olimpiko"da son oyunu olacaq.
El Şaravi 2016-cı ilin yayında komandaya qoşulub. 10 il ərzində italyan hücumçu "Roma"da 346 oyun keçirib, 65 qol vurub və 30 məhsuldar ötürmə edib.
Qeyd edək ki, El Şaravinin karyerasını Türkiyənin "Trabzonspor" klubunda davam etdirə biləcəyi bildirilir.













