O, İspaniya çempionatının 12-ci turu çərçivəsində "Elçe"yə qarşı keçirdikləri oyunda zədələnib. 27 yaşlı hücumçu ikinci hissədə meydana buraxılsa da, oyunu başa çatdıra bilməyib. İspan forvard əzələsində ağrılar hiss edib və 78-ci dəqiqədə əvəzlənib.

İspaniyanın "Vilyarreal" klubu Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində "Qarabağ"la oyundan öncə daha bir aparıcı futbolçusunu itirib.
 
Matc.az xəbər verir ki, La Liqa klubunun hücumçusu Pako Alkaser sıradan çıxıb.
 
O, İspaniya çempionatının 12-ci turu çərçivəsində "Elçe"yə qarşı keçirdikləri oyunda zədələnib. 27 yaşlı hücumçu ikinci hissədə meydana buraxılsa da, oyunu başa çatdıra bilməyib. İspan forvard əzələsində ağrılar hiss edib və 78-ci dəqiqədə əvəzlənib. Komandanın baş məşqçisi Unay Emeri mətbuat konfransında Alkaserin zədəsini təzələdiyini söyləyib.
 
Xatırladaq ki, Alkaser "Qarabağ"la İstanbulda baş tutan ilk matçda sonradan meydana çıxaraq dubla imza atmaqla komandasına əzmkar qələbə qazandırmışdı.
 
Alkaserdən öncə komandanın digər hücumçusu Karlos Bakka, həmçinin yarımmüdafiəçi Moi Qomesin də zədə səbəbindən Ağdam təmsilçisi ilə görüşü buraxacağı açıqlanıb.
 
Qeyd edək ki, dekabrın 10-da keçiriləcək "Vilyarreal" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest