Almaniya klubu “Union” Bundesliqada mövsümün sonuna iki tur qalmış baş məşqçisini dəyişib. Matc.az xəbər verir ki, Berlin təmsilçisi bununla bağlı məlumat yayıb.

Bildirilib ki, paytaxt təmsilçisi xorvatiyalı çalışdırıcı Nenad Byelitsa ilə yollarını ayırıb. Onun əvəzində müvəqqəti olaraq bu postu Marko Qrote tutacaq.

Qeyd edək ki, “Union” Bundesliqanın 32 turundan sonra təhlükəli zonada qərarlaşan “Maynts”ı cəmi 1 xal qabaqlayır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest