07 May 2024, 09:29
FUTBOL
Bruno Fernandeş zədə səbəbindən ilk dəfə klubunun oyununu buraxıb. Matc.az xəbər verir ki, bu, Premyer Liqanın XXXVI turunda “Kristal Pelas”la səfər görüşünə təsadüf edib.
Portuqaliya millisinin üzvü “qırmızı şeytanlar”ın 0:4 hesabı ilə məğlub olduğu qarşılaşmanın iştirak ərizəsinə salınmayıb. Fernandeş sonuncu dəfə 2021-22 mövsümündə xəstəlik ucbatından “Mançester Yunayted”də, bir dəfə isə 2016-17 mövsümündə “Sampdoriya”da heyətdə yer almayıb.
Bruno 2019-cu ildə ayağından aldığı zədəyə görə Portuqaliya millisinin iki görüşünü buraxıb.