"Liverpul"un baş məşqçisi Yurgen Klopp Premyer Liqa matçında "Tottenhem" üzərində qələbəni (4:2) şərh edib.
 
Matc.az xəbər verir ki, mütəxəssis bu barədə BBC-yə açıqlama verib:
 
“Həqiqətən yaxşı matç oldu. Tottenham Çempionlar Liqası üçün "Aston Villa"ya təzyiq göstərə bilər. Mən deyərdim ki, bizə lazım olan elə 3 xal idi və uşaqlar da belə düşünürdülər.
 
“Enfild”də xüsusi ab-hava var idi. 4-0 öndə idik, dəyişikliklər etdim və oyunumuzu itirdik. "Tottenhem" nə qədər yaxşı ola biləcəyini göstərdi. Oyundan razıyam".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest