20 Dekabr 2020, 12:33
FUTBOL
Futbol üzrə Türkiyə çempionatının oyunlarını idarə edən hakimlər növbəti dəfə koronavirus testindən keçiblər.
Matc.az xəbər verir ki, testlər nəticəsində 1 hakimdə koronavirus aşkarlanıb.
Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Virusa yoluxan hakimin simptom göstərmədiyi və karantinə alındığı bildirilib. Adı açıqlanmayan referi 10 gün ərzində karantində qalacaq.