21 Dekabr 2020, 00:12
FUTBOL
Türkiyənin "Göztəpə" klubunda koronavirusa daha dörd yoluxma faktı aşkarlanıb.
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
COVİD-19 testi pozitiv çıxanlardan üçü futbolçu, biri isə klub işçisidir. Onların hamısı ev şəraitində karantinə alınıb və müalicələrinə start verilib.
"Göztəpə" əvvəlki günlərdə də bir neçə futbolçusunun koronavirusa yoluxduğunu açıqlamışdı.