21 Dekabr 2020, 11:22
MPL
"Qəbələ" ilə görüşdə (1:1) hesabı açan xorvatiyalı Ağdam təmsilçisinin heyətində 70-ci matçında 20-ci dəfə rəqib qapısına yol tapıb.
Filip Ozobiç "Qarabağ"ın heyətində 20-ci qolunu vurub.
Matc.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, yubiley Azərbaycan Premyer Liqasının 12-ci turuna təsadüf edib.
"Qəbələ" ilə görüşdə (1:1) hesabı açan xorvatiyalı Ağdam təmsilçisinin heyətində 70-ci matçında 20-ci dəfə rəqib qapısına yol tapıb.
O, Premyer Liqada 17 (42 oyun), avrokuboklarda 3 (24 oyun) qol vursa da, ölkə kubokundakı 4 matçda fərqlənməyib.
Ozobiç 2018-ci ildən Ağdam təmsilçisində çıxış edir