25 Dekabr 2020, 12:02
MPL
Azərbaycan çempionatlarının payız-yaz sistemi ilə keçirilməyə başladığı 1993/94 mövsümündən indiyədək ən çox qış çempionluğu qazanan "Neftçi"dir. "Qarabağ"ın 7 belə uğuru var. "Kəpəz" və "Keşlə" ("İnter" adlandığı dövrdə) hərəyə üç dəfə qış fasiləsinə zirvədə yollanmağı bacarıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında qış çempionu adını "Neftçi" qazanıb. Matc.az xəbər verir ki, Bakı klubu mövsümün qış fasiləsinə 1-ci yerdə yollanıb. Bu, paytaxt təmsilçisinin tarixində 9-cu belə nəticədir. Sonuncu dəfə iki il öncə qış çempionu olan "ağ-qaralar" fasilədən sonra yenidən eyni göstəriciyə imza atıb.
Azərbaycan çempionatlarının payız-yaz sistemi ilə keçirilməyə başladığı 1993/94 mövsümündən indiyədək ən çox qış çempionluğu qazanan "Neftçi"dir. "Qarabağ"ın 7 belə uğuru var. "Kəpəz" və "Keşlə" ("İnter" adlandığı dövrdə) hərəyə üç dəfə qış fasiləsinə zirvədə yollanmağı bacarıb. Digər 5 mövsümdə isə buna fərqli komandalar imza atıb. "Xəzri", "Şəmkir", "Karvan", "Xəzər Lənkəran" və "Olimpik" (sonrakı "Şüvəlan") də qış çempionluğu yaşayıb.
Qış çempionları:
1993/94. "Kəpəz"
1994/95. "Neftçi"
1995/96. "Xəzri"
1996/97. "Neftçi"
1997/98. "Kəpəz"
1998/99. "Kəpəz"
1999/2000. "Şəmkir"
2000/01. "Neftçi"
2001/02. "Neftçi"
2003/04. "Neftçi"
2004/05. "Qarabağ"
2005/06. "Karvan"
2006/07. "Xəzər Lənkəran"
2007/08. "Olimpik"
2008/09. "İnter"
2009/10. "İnter"
2010/11. "Neftçi"
2011/12. "Neftçi"
2012/13. "İnter"
2013/14. "Qarabağ"
2014/15. "Qarabağ"
2015/16. "Qarabağ"
2016/17. "Qarabağ"
2017/18. "Qarabağ"
2018/19. "Neftçi"
2019/20. "Qarabağ"
2020/21. "Neftçi"