Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı ispaniyalı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb.

"Neftçi" klubunun məşqçilər korpusuna yeni təyinat olub.
 
Matc.az xəbər verir ki, əsas komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini Eduardo Karo yetirəcək.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı ispaniyalı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb.
 
İspaniyanın "Terrassa" (2015-2017), "Gava" (2017-2018), Səudiyyə Ərəbistanının "Əl-Hilal" U-23 (2018-2019) və Türkiyənin "Gənclərbirliyi" (2020) klublarında çalışmış Karo 2019/2020-ci illər mövsümündə "Sumqayıt"ın fiziki hazırlıq üzrə məşqçisi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest