29 Yanvar 2021, 14:28
FUTBOL
"Martda bizi çox çətin qrafik gözləyirik. Portuqaliya və Serbiya ilə matçların arasında Qətərlə oynamalıyıq". Matc.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov dünya çempionatının seçmə mərhələsi barədə danışarkən deyib.
O bildirib ki, Qətər seçməsi matçını Londonda təşkil etmək istəyir. Məmmədovun sözlərinə görə hazırda bu istiqamətdə danışıqlar gedir.