Türkiyənin "Ərzurumspor" klubu heyətini yeni futbolçularla gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi ukraynalı müdafiəçi Boqdan Butko, mərakeşli müdafiəçi Zəkəriyyə Berqdişi, qanalı yarımmüdafiəçi Yav Akkahı və türkiyəli yarımmüdafiəçi Rahman Buğra çağıranı heyətinə qatıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Lakin onlarla imzalanan müqavilələrin müddəti və digər detalları açıqlanmayıb.
 
Butko Donetsk "Şaxtyor"undan transfer edilib. Berqdiş "Dənizlispor"dan, Akkah "Kayserispor"dan, çağıran isə "Samsunspor"dan gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest