Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb. Seleksiya şöbəsində veteran futbolçular - İqor Getman və Vadar Nuriyevin yer aldığı diqqətə çatdırılıb.

"Neftçi" rəhbərliyinin qərarı ilə klubda seleksiya şöbəsi yaradılıb.
 
Matc.az xəbər verir ki, bu şöbə əsas komanda ilə yanaşı, aşağı yaş qrupları üçün də istedadlı futbolçuların tapılıb üzə çıxarılması, eləcə də komandaların formalaşdırılmasını daha effektli həyata keçirməkdən ötrü işlər görəcək.
 
Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb. Seleksiya şöbəsində veteran futbolçular – İqor Getman və Vadar Nuriyevin yer aldığı diqqətə çatdırılıb.
 
Qeyd edək ki, Getmanla Nuriyev ötən ilin noyabrınadək "Neftçi"nin əsas komandasında köməkçi məşqçi vəzifəsini yerinə yetiriblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest