İngiltərə millisinin sabiq futbolçusu Co Koul "çelsi"yə qayıdıb. Matç.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, o, bundan sonra klubda məşqçi kimi fəaliyyət göstərəcək.

Belə ki, 37 yaşlı mütəxəssis "zadəganlar"ın akademiyasında məşqçilik edəcək. Son klubu aşağı liqa təmsilçisi "Tampa" olan Koul ötən ay futbolçu karyerasını başa vurub.

Qeyd edək ki, Co Koul 2003-2010-cu illərdə "çelsi"nin şərəfini qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest