07 Mart 2021, 14:20
FUTBOL
Məhəmməd Salah yayda "Liverpul"u tərk edə bilər. Matc.az AS nəşrinə istinadən xəbər verir ki, buna səbəb misirli futbolçu ilə baş məşqçi Jurgen Klopp arasında yaranan ciddi narazılıqdı.
Almaniyalı çalışdırıcı ilə Salahın münasibəti İngiltərə Premyer Liqasının 29-cu turunda, "çelsi" ilə görüşün (0:1) 62-ci dəqiqədə əvəzləndikdən sonra daha da pisləşdi. Onun ingilislərlə müqaviləsi 2023-cü ilin yayına qədərdi.
Salah "Liverpul"a 2017-ci ildə "Roma"dan keçib. Bu mövsüm 28 yaşlı futbolçu Premyer Liqanın 26 oyununda 17 qol vurub və 3 məhsuldar ötürmə verib.